Asiya İnkişaf Bankı Azərbaycana energetika sektorunun inkişafına özəl sektoru cəlb etməyə təklif edir

17:20 - 24.10.2018


24 oktyabr, Fineko/abc.az. Azərbaycanın  Energetika  naziri Pərviz Şahbazov Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqı qəbul edib.

Qurumun məlumatında deyilir ki, nazir elektrik enerjisi sahəsində islahatlar, sistemin modernləşdirilməsi, qanunvericilik bazasının yaradılması, bərpa olunan enerji mənbələrinin istifadəsi üzrə tədbirlər barədə danışıb və beynəlxalq maliyyə institutlarının bu prosesdə iştirakının vacibliyini qeyd edib.

“Vençay Janq deyib ki, Asiya İnkişaf Bankı Azərbaycanla bir çox sahələrdə olduğu kimi enerji sektorunda da əməkdaşlıq əlaqələrinin genişləndirilməsində, xüsusilə yüksək texnologiyaların inkişafı və tətbiqini təşviq edən layihələr üzrə əməkdaşlıqda maraqlıdır. Enerji sahəsində özəl sektorun iştirakının təmin edilməsi isə diqqət yetirilən məsələlərdəndir”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, görüş zamanı “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi üzrə görüləcək işlərdən də bəhs edilib.    

 

Вся лента