Azexport.az portalı və Baku E-Commerce Academy “Amazonla qazan” təlim proqramına başlayıb

11:15 - 25.10.2018


25 oktyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portal Baku E-CommerceAcademy ilə birlikdə “Amazon-la qazan” təlimlərinə start verib.

Təlim kurslarında iştirakçılara Amazon portalında qeydiyyat və iş prinsipləri, bazar araşdırması və yüksək satış göstəricilərinə malik məhsulların təyin olunması, Alibaba və digər portallar üzərindən etibarlı təchizatçıların tapılması, məhsulların Amazon-un anbarlarına göndərilməsi, məhsulların yerləşdirilməsi və mövcud reklam imkalarından istifadə, beynəlxalq loqistika və gömrük əməliyyatları, beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər məsələlər öyrədiləcəck. Təlimlərdə praktiki satışların həyata keçirilməsi üçün hər bir iştirakçıya Amazon hesabı və ABŞ bank hesabı açılacaq, plastik kartlar təqdim ediləcək. 

Təlimin əsas aparıcısı, Azexport portalının rəhbəri Zaur Qardaşov bildirib ki, bu təlim yeni iş və qazanc imkanı axtaranlar üçün əsl fürsətdir. Z.Qardaşovun sözlərinə görə, bu tipli təlimləri uğurla başa vurmuş insanlar hazırda rəqabətədavamlı sabit gəlir əldə edirlər.

Qeyd edək ki, təlimi uğurla başa vurmuş şəxslər 2 fərqli fəaliyyət istiqaməti üzrə iş imkanı əldə edəcəklər:

 - yatırım edərək əldə olunan bilik və bacarıqları müstəqil şəkildə tətbiq etmək,

- “Baku E- CommerceAcademy” komandasına qoşularaq birgə fəliyyət göstərmək.

Treninqdə digər təlimçilər Azexport.az portalının meneceri AyxanQədəşov, müstəqil ekspertlər Fərid Baratzadə və Nihad Qurbanovdur.

Noyabrın 1-dən etibarən 3 ay müddətində davam edəcək təlimin yekunlarına uyğun olaraq, iştirakçılar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sertifikatını əldə edəcəklər.

Nəzərinizə çatdıraq ki, təlimdə iştirakçı sayı məhduddur. 01.01.2018-ci il tarixinə qədər  Azexport.az portalında qeydiyyatdan keçmiş və məhsullarını portala yerləşdirmiş şirkət nümayəndələrinə təlim ödənişsizdir.

Təlimdə iştirak etmək istəyənlər Azexport portalının meneceri AyxanQədəşova müraciət edə bilərlər.  (Tel: 521 34 94: 050 295 86 87)

 

Вся лента