“Türk Hava Yolları” Bakıdan Nikosiyaya endirimli qiymətə aviabiletlər təklif edir

17:37 - 26.10.2018


26 oktyabr, Fineko/abc.az. “Türk Hava Yolları” aviaşirkəti İstanbulun yeni hava limanından Şimali Kipr Türk Respublikasının paytaxtı Nikosiya şəhərinə birbaşa uçuşlara start verir və Bakıdan sözügedən istiqamətə (İstanbul üzərindən) endirimli qiymətlə bilet təklif edir.

Noyabrın 8-də açılacaq Bakı-İstanbul-Kipr istiqaməti üzrə aviabiletlərin onlayn satış zamanı qiyməti 129 avro (təxminən 258 AZN) təşkil edir. Bakıdan İstanbul üzərindən Nikosiyaya uçuşlar hər gün saat 14:10-da (çatma vaxtı – 18:05), əks istiqamətdə isə saat 05:35-də (çatma vaxtı – 13:15) həyata keçiriləcək. Sözügedən qiymətlərə 30 kq baqaj və 8 kq əl yükü daxildir.

Qeyd edək ki, endirimli qiymətlə alınan biletlə səyahəti bu ilin dekabrın 29-dək etmək mümkündür.

“Türk Hava Yolları” haqqında:

1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 304 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.

Вся лента