Azərbaycan Turizm Assosiasiyası ölkənin turizm potensialını təbliğ etmək üçün alətləri genişləndirir

18:11 - 29.10.2018


29 oktyabr, Fineko/abc.az.  Azərbaycan Turizm Assosiasiyası (AZTA) ölkənin turizm potensialını təbliğatı üçün istifadə olunan alətlərin çeşidini genişləndirir.

AZTA-nın məlumatında deyilir ki, 10 ildən artıq fəaliyyət göstərən Assosiasiya, indiyə qədər Azərbaycanın  turizm potensialını beynəlxalq tədbirlərdə, o cümlədən beynəlxalq sərgi

və konfransda iştirak edərək, ölkəyə və olkə xaricinə infoturlar təşkil etməklə, diplomatik missiyalar  və biznes nümayəndələri ilə əməkdaşlıq edərək təbliğ edib.

“İndi AZTA istifadə etdiyi turizmin təbliğat alətlərinin çeşidini artıraraq, incəsənət nümayəndələri

ilə əməkdaşlığa başlayır. Belə ki, Assosiasiya ilk dəfə olaraq  məşhur Ukraynalı müğənni Bojena Dar və “AVİATOR” qrupunun Bakıda klip çəkilişlərinin təşkilatçısı oldu. İlk klip “Невеста” (Gəlin)  Heydər Əliyev Mərkəzinin ətrafında və Dənizkənarı Milli Parkın ərazisində çəkilib. Köhnə şəhərdə və hava limanında çəkilən ikinci klip isə gələn ilin fevral ayında təqdim ediləcək.

Ukrayna müğənnisinin Bakıda çəkilmiş klipini aşağıdakı linkdə izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=7tgUjThIblQ&feature=youtu.be&fbclid=IwAR0TwamxhUmFos0rbXwYcbN9RQD61aohg1a0ydeBqQTPE6-N3C2OzKgikWE

 

 

Вся лента