Hesab.az-ın dəstəyi ilə “İdeyadan Bloqa kimi” adlı təlim baş tutub

30.10.2018,14:28


 

30 oktyabr, Fineko/abc.az. Hesab.az-ın dəstəyi ilə “WoWoman Baku” -nun təşkil etdiyi “İdeyadan Bloqa kimi” adlı təlim baş tutdu. Təlimin spikeri İnara Mirza olub. İnara xanım "Yes I Can" bloqunun təsisçisi və Dərs Evi-nin Marketinq üzrə meneceridir.

Təlimdə iştirakçılar bloq üçün ad necə seçilməli, hədəf kütləsi tərəfindən bəyəniləcək kontent necə yaradılmalı, Facebook və İnstagramda düzgün reklam necə aparmalı olduğunun sirlərini öyrəndilər.

Olduqca maraqlı və əyləncəli keçən təlim zamanı İnara xanım öz təcrübələrini bölüşərkən iştirakçların suallarını cavablandırıb. Təlimə hər dəfəkindən fərqli olaraq xanımlarla yanaşı  kişi iştirakçılar da qatılıb.

Yüksək aktivlik və qarşılıqlı fikir mübadiləsi ilə keçən təlim faydalı olmaqla bərabər həmçinin yeni ideyaların formalaşmağına zəmin yaratmış oldu.

Həmçinin təlim iştirakçıları bu sahəyə marağı olan digər təlim iştirakçıları ilə da tanış oldular. Tədbirin sonunda iştirakçılar sertifikatlarla təltif olundu.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Ключевые слова: Hesab az GoldenPay