Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası öz əməkdaşlarını sığortalayır

12:36 - 14.11.2017


14 noyabr, Fineko/abc.az. Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası sığortaçı axtarışındadır.

Tender komissiyasının məlumatında deyildiyi kimi, Palata öz əməkdaşlarının tibbi sığorta ilə təmin edilməsinə dair tender elan edib.

Tenderdə iştirak etmək 400 manat təşkil edir, müqavilənin müddəti isə 12 aydır. Tender proseduru yanvarın 8-də, Palatanın binasında, Bakı, Bül-Bül prospekti, 27 ünvanında keçiriləcək.

Əlaqələndirici şəxslər: Aləmqulu Quliyev və İlhamə Rüstəmli. Telefon: (99412) 493 50 58, e-mail:  [email protected], [email protected]

 

Вся лента