AZAL Bakı-Cenevrə çarter reysləri təşkil edir

10:40 - 31.10.2018


31 oktyabr, Fineko/abc.az.  “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Cenevrəyə çarter reysləri həyata keçirməyə başlayıb.
AZAL-ın məlumatına görə, AZAL-ın uçuşları baqaj, əl baqajının pulsuz keçirilməsi və pulsuz yemək daxil olmaqla, klassik daşınma sxemi üzrə birgə çarter proqramı çərçivəsində həyata keçiriləcək.
“Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri VIP Club, Biznes Class və Ekonom sinifdə, yaxşılaşdırılmış kürsüləri olan “Airbus A319” təyyarələrində həyata keçiriləcək”, - deyə AZAL-dan xəbər verildi.

Вся лента