"Kasperski Laboratoriyası"nın İsveçrədəki Şəffaflıq Mərkəzi rəsmi olaraq bir ay ərzində işləyəcək

10:35 - 1.11.2018


1 noyabr, Fineko/abc.az.  "Kasperski Laboratoriyası" artıq İsveçrədə yerləşən birinci Şəffaflıq Mərkəzində işə başlayıb.
"Kasperski Laboratoriyası" şirkətinin vitse-prezidenti Anton Şinqaryov Bakıda jurnalistlərə bildirib ki, mərkəz praktiki olaraq fəaliyyət göstərir, lakin rəsmi olaraq onun fəaliyyəti haqqında bir ay ərzində elan ediləcək.
"Kasperski Laboratoriyası"nın İsveçrədəki Şəffaflıq Mərkəzi olduqca uğurlu bir təcrübədir və onun fəaliyyəti  Azərbaycanda da fəaliyyətə müsbət təsir göstərəcək", - A. Şinqaryov belə deyib.
Onun sözlərinə görə, "Kasperski Laboratoriyası"nın  məhsulu,  burada rus dilinin geniş istifadə olunduğu səbəbindən,  Azərbaycan istifadəçiləri üçün maraqlıdır.

Вся лента