Azərbaycanda qeyri-qanuni parkinqə görə cərimələrin nağdsız ödənilməsi tətbiq ediləcək

13:05 - 5.11.2018


5 noyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyinin (BNA) sistemi Dövlət Ödəniş Portalı sisteminə inteqrasiya olunub.

BNA-nın məlumatına görə, bu gündən etibarən, portal vasitəsilə dayanma və park qaydalarının pozulması nəticəsində tətbiq olunan cərimələr ödənilə biləcək.

“BNA tərəfindən cərimələnən hüquqi və fiziki şəxslər artıq 2 noyabr tarixindən etibarən portal (www.gpp.az ) və mobil proqram, həmçinin portala inteqrasiya olunmuş 30 bank və “Azerpocht” MMC-nin 2000-dən çox filialı və şöbəsi,  təxminən 1000 ödəmə terminalı vasitəsilə nağdsız şəkildə öz cərimələrini ödəyə bilərlər”, - məlumatda belə deyilir.

 

Вся лента