Mərkəzi Bankın valyuta ehtiyatları oktyabr ayında 1,9 milyon dollar artıb

16:06 - 5.11.2018


5 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2018-ci ilin oktyabr ayında sentyabr ayına nisbətən 1,9 milyon dollar və ya 0,03% artıb.

Mərkəzi Bankın məlumatına görə, 2018-ci il noyabrın 1-nə olan valyuta ehtiyatları 5536,4 milyon dollar, 1 oktyabr tarixinə 5,534,5 milyon dollar, 1 sentyabr tarixinə 5503,5 milyon dollar, və 1 avqust 1-nə isə 5,546,9 milyon dollara çatıb.

“İyulun 1-nə olan vəziyyətə görə, valyuta ehtiyatları 5512,7  milyon dollar,  iyunun 1-də 5471,4 milyon dollar, mayın 1-də 5465,8  milyon dollar, aprelin 1-də 5508,0 milyon dollar, martın 1-də 5387,3 milyon dollar, fevralın 1-də 5381,2 milyon dollar, yanvarın 1-də isə 5334,6 milyon dollar təşkil edib”, - məlumatda belə deyilir.

Beləliklə, 2018-ci ilin yanvar-oktyabr aylarında AMB-nin valyuta ehtiyatları 201,8 milyon dollar və ya 3,78% artmışdır.

2017-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artıb.

 

Вся лента