Azərbaycanın “Farma-Şah” şirkəti Türkiyəyə çay ixrac etməyə başlayır

11:21 - 6.11.2018


6 noyabr, Fineko/abc.az. Türkiyəyə (İstanbul) təşkil olunan ixrac missiyası başa çatıb.

İqtisadiyyat Nazirliyindən verlən məlumata əsasən, ixrac missiyasında Naxçıvan Muxtar Respublikasında qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkəti iştirak edib.

“Görüşlər zamanı Azərbaycanın  “Farma-Şah” MMC şirkəti ilə Türkiyənin müvafiq şirkəti arasında Azərbaycan çayının Türkiyəyə ixracına dair razılığa gəlinib”, - məlumatda belə deyilir.

Bundan başqa, “Naxçıvan Sement Zavodu” MMC  ilə “BASF Türkiyə” şirkəti arasında sement istehsalında qatqı kimi istifadə olunan xammalın ixracı ilə bağlı danışıqlar aparılıb. Türkiyənin “Koç Mermer Granit” şirkətinin tikinti layihələri üçün Azərbaycanın “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-nin məhsullarından istifadə olunmasına dair razılaşma əldə olunub. “Cahan Pen” MMC və “Cahan Sənaye Kompleksi” MMC şirkətləri  ilə Türkiyənin  “Gema” və “Marmara” plastik qapı pəncərə istehsalı müəssisələri arasında məhsulların satışına və xammalın alınmasına dair danışıqlar aparılıb.

Növbəti ixrac missiyası 6-9 noyabr tarixlərində Bolqarıstana təşkil ediləcəkdir.

 

Вся лента