Bakıda il ərzində ödənişli xidmətlər bahalaşdı

11:26 - 6.11.2018


6 noyabr, Fineko/abc.az. Paytaxt əhalisi yanvar-sentyabr aylarında ödənişli xidmətlərdən ötən ilin 9 ayına nisbətən 2,6% çox istifadə etmişdir.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, əhali 3 815,5 milyon manatlıq ödənişli xidmətdən faydalanıb.

“Hesabat dövründə hüquqi şəxslər əhaliyə 2402,9 milyon AZN məbləğində xidmət göstərmiş və bu, göstərilən xidmətlərin 63 faizini təşkil etmişdir”, - hesabatda belə deyilir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə özəl sektorun xidmətlərinin dəyəri 4,3 faiz artaraq 3041,2 milyon manat təşkil edib.

“Hesabat dövründə orta hesabla hər vətəndaş 172 manat dəyərində ödənişli xidmətdən faydalanıb. Bu, bir il əvvəlki göstəricidən 6,2 manat çoxdur”, - məlumatda belə deyilir.

 

Вся лента