Bakı Metropoliteni xərclərini azaldıb

17:25 - 6.11.2018


6 noyabr, Fineko/abc.az. Bakı Metropoliteni qatarların təmiri üçün xərcləri azaldıb.

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, “Nərimanov” elektrik deposunun təmir sexində əsaslı təmirdən sonra xəttə iki qatar buraxılıb.

“Yeni  sexdə təkcə təmir deyil, həm də qatarların modernləşdirilməsini həyata keçirir. Təmir sexinin illik həcmi 20 vaqondur”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin deyilir ki, təmir sexində ötən günlərdə daha beş vaqonun təmiri başlanmışdır.

Əvvəllər  “Bakı Metropoliteni” QSC vaqonların təmirini ölkə ərazisindən kənarda həyata keçirirdi, bu isə çox xərc aparırdı.

 


Вся лента