Bakı MDB-də turistlər arasında şopinq üzrə liderdir

10:53 - 12.11.2018


12 noyabr, Fineko/abc.az. “TurStat” Analitik Agentliyi Rusiyalı turistlər arasında alış-veriş üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini təqdim etdi.

Agentliyin məlumatına görə, 11 noyabr tarixində Ümumdünya Şopinq Günü qeyd olunmuşdu.

“Azərbaycanda Bakı, Qazaxıstanda Astana və Belarusda Minsk, MDB ölkələrinin şəhərlərinə şopinq məqsədilə səyahət etmək üçün ilk sıradadır. “TurStat”ın məlumatına görə, turistlər MDB şəhərlərinə orta hesabla 2-3 gün müddətinə gəlir və alış-veriş üçün bir nəfərə 1 min dollaradək sərf edirlər”, - məlumatda belə deyilir.

2018-ci ilin mayın 1-dən 31-dək Bakıda keçirilən "Baku Shopping Festival" xarici turistlər arasında böyük maraq doğurmuşdur.

 

Вся лента