Norm Sement “Məktəblinin dostu”dur

12:36 - 12.11.2018


12 noyabr, Fineko/abc.az. Bir çox Korporativ Sosial Məsuliyyət layihələrinə imza atan Norm şirkəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin birgə layihəsi olan “Məktəblinin dostu” futbol çempionatının iştirakçılarını müxtəlif hədiyyələrlə sevindirdi.

Oktyabr ayında başlayan,  32 ümumi təhsil müəssisəsinin 7 və 8-ci sinif şagirdləri arasında keçirilən futbol çempionatının Bayraq gününə həsr edilən final oyunu 5 noyabr tarixində Bakı Tennis Akademiyasında baş tutdu. Layihənin final görüşündə 276 nömrəli tam orta məktəbi ilə 9 nömrəli tam orta məktəbin komandaları mübarizə apardı. Çempionatın sonunda 276 nömrəli tam orta məktəbin komandası “Məktəblinin dostu kuboku”nun qalibi olub. 9 nömrəli tam orta məktəbin komandası II, 12 nömrəli məktəbin komandası III yeri tutdu. Hər üç komandanın üzvləri Norm Sement-in təqdim etdiyi hədiyyələrlə mükafatlandırıldı.

Tədbirdə millət vəkilləri, Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəblərin müdir-müəllim heyəti, şagirləri və Norm Sement şirkətinin təmsilçiləri iştirak etdi. “Məktəblinin dostgu” pilot layihəsinin həyata keçirilmə məqsədi məktəblilərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və futbol idman növünə marağın artırılması idi.

Norm Sement ətraf mühitin mühazifəsinə, cəmiyyətdə peşəkar iş mühitinin yaradılmasına, mütəmadi şəkildə gənclərin maarifləndirici təlimlərə cəlb olunmasına, onların öz peşələrində təkmilləşdirilmələrinə, sağlam həyat tərzinə maraqlarının artırılmasına və cəmiyyət üçün digər faydalı layihələrin ərsəyə gəlməsinə yaxından dəstək verir və bu istiqamətdə gələcəkdə fəaliyyətini daha da artırmağı hədəfləyir.

İstehsal günü ildə 2 mln ton sement, gündə 5 min ton klinker olan Norm Sement zavodunda hal-hazırda 4 adda sement məhsulu istehsal edilir: KLASS A (CEM II/A-P 32,5R), KLASS B (CEM II/B-L 32.5R), KLASS C500 (CEM II/A-P 42,5R) və KLASS S (CEM II/A-P 42.5N)


Вся лента