Nefin qiyməti düşdü

10:23 - 14.11.2018


14 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı Azərbaycan neftinin qiyməti 3,95 dollar (5,47%) düşüb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 68,20 dollar təşkil edir.

13 noyabr tarixində keçirilən ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti  4,24 dollar (7,07%) düşərək bir barelə 55,69 dollar təşkil etmişdir.  

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçersinin qiyməti  4,65 dollar (6,63%) düşərək bir barelə 65,47 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bu gün 9,78 dollara bərabərdir.

 

Вся лента