Azərbaycanda qızıl hasilatının artacağı proqnozlaşdırılır

12:35 - 14.11.2018


14 noyabr, Fineko/abc.az. “AzərGold” QSC bildirir ki, əməliyyat proseslərinin optimallaşdırılması nəticəsində qızıl hasilatı artacaq.

“AzerGold”dan xəbər verildi ki, yanvar-oktyabr aylarında qızıl hasilatı 36 632 unsiya təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstəricidən çoxdur.

“AzerGold” ilin sonuna qədər 45 min unsiya qızıl hasil etməyi planlaşdırılır ki, bu da ötən ilin göstəricisindən 33% çoxdur. Hal-hazırda hasilat işləri plana uyğun olaraq həyata keçirilir. İstismar olunan ərazilərin ehtiyatlarını artırmaq və yeni yataqların istifadəyə verilməsi məqsədilə geniş miqyaslı geoloji kəşfiyyat işləri aparılır”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin deyilir ki, yeni yataqların istismara verilməsi yaxın illərdə hasilatın əhəmiyyətli dərəcədə artacağına imkan verəcək. İlkin qiymətləndirmələrə görə, yalnız Filizçay yatağının, həmçinin Çovdar yatağının oksid və sulfid fazalarının istismarı ölkə iqtisadiyyatına 10 milyard manatdan artıq gəlir gətirəcək.

 

Вся лента