Azərbaycan neftinin qiyməti azalıb

10:36 - 15.11.2018


15 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı Azərbaycan neftinin qiyməti 0,39 dollar və yaxud 0,57% azalıb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 67,81 dollar təşkil edir.

14 noyabr tarixində keçirilən  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti  0,56 dollar (1,01%) artaraq bir barelə 56,25 dollar təşkil etmişdir.  

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçersinin qiyməti  0,65 dollar (0,99%) artaraq bir barelə 66,12 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bu gün 9,87 dollara bərabərdir.

 

Вся лента