Mərkəzi Bank: Azərbaycan nağd hesablaşmalar payını illik 17% azaldacaq

11:43 - 15.11.2018


15 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə nağd hesablaşmaların yüksək səviyyədə istifadəsindən narahatdır, çünki bu, ölkə iqtisadiyyatında şəffaflığın olmamasına gətirib çıxarır və makroiqtisadi sabitliyə təsir göstərir.

III Beynəlxalq Bank Forumunda Mərkəzi Bankın İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev bildirib ki, Azərbaycanda, dünyanın bir çox ölkələrində olduğu kimi, nağd hesablaşmaların istifadəsi yüksəkdir.

“Nağdsız iqtisadiyyata keçid Strateji Yol Xəritəsinin əsas elementidir və 2018-2020-ci illər üçün nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Dövlət Proqramının təsdiqlənməsi dövlət başçısının nağdsız iqtisadiyyata keçid dövründə siyasi dəstəyi oldu”, - deyə A.Quliyev bildirib.

Onun sözlərinə görə, dövlət proqramında nəzərdə tutulan 4 əsas istiqamət və təxminən 60 tədbirlər planı nəticəsində hər il Azərbaycanda nağd hesablaşmaların payının 17% azaldılması və onun səviyyəsinin 74%-dən 40%-dək endirilməsi planlaşdırır.

 

Вся лента