Moody`s: Mərkəzi və Şərqi Avropada artım sürəti 2019-cu ildə azalacaq

16:23 - 15.11.2018


15 noyabr, Fineko/abc.az. Moody`s hesab edir ki, 2019-cu ildə MDB ölkələrində, Mərkəzi və Şərqi Avropada kredit şərtləri ümumilikdə sabit olacaq.

Moody's Investors Service beynəlxalq reytinq agentliyinin yeni hesabatına əsasən, iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə kredit şərtləri gələn il bir sıra amillərə görə daha az əlverişli olacaq.

“2019-cu ildə iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə kredit şərtləri qlobal iqtisadiyyatın sürətinin azalması, maliyyə bazarlarında dəyişkənliyin davam etməsi, faiz dərəcələrinin yüksəlməsi, ticarətin qorunması siyasətinin və geosiyasi gərginliyin artması səbəbindən daha az əlverişli olacaqdır. Buna baxmayaraq reytinq agentliyi MDB, Mərkəzi və Şərqi Avropa üçün sabit proqnoz verir. Proqnozda, sözügedən  bölgədə emitentlərini xarici təsirdən qoruyan müxtəlif amillər, məsələn,  güclü balanslar, dövlət dəstəyi və artan daxili bazarlarda  resurslara çıxış nəzərə alınır”, - hesabatda belə deyilir.

Moody`s agentliyinin İdarəçi Direktoru Etsi Şetin sözlərinə görə, Mərkəzi və Şərqi Avropa və MDB ölkələrində iqtisadi artımın nisbətən yüksək sürəti, bu bölgələrdə emitentlər üçün əlverişli şərait yaradır, lakin dünya bazarında likvidliyin həcminin azalması, qlobal ticarət münaqişələri və geosiyasi problemlər, o cümlədən,  Rusiyaya qarşı mümkün sanksiyalar, risklər yaradır.

Moody`s agentliyi təxmin edir ki,  Mərkəzi və Şərqi Avropa ölkələrində artım sürəti 2019-cu ildə azalacaq,  lakin yenə də yaxşı səviyyədə   qalacaq (3,7%). Rusiya iqtisadiyyatının artım sürəti ümumilikdə sabit olacaq və 2018-ci ildə 1,8%, 2019-cu ildə isə 1,6% təşkil edəcək. Ticarət  və maliyyə əlaqələri vasitəsilə cari və gələn ildə MDB ölkələrində artım sürətini 3,5% səviyyəsində müəyyənləşdirəcək.

 

Вся лента