Azərbaycanın əsas kapitalına daxilolmalar azalıb

15:24 - 16.11.2018


16 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında Azərbaycanda bütün maliyyə mənbələrindən 11,482,7 milyon manat əsas kapitala göndərilib ki, bu da ötən ilin eyni dövründəkindən 11,3% azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə istifadə edilən vəsaitlərin 69,3%-i tikinti-quraşdırma işlərinə yönəldilmişdir.

“Gəlirlərin azalması neft sektoruna investisiyaların azalması ilə əlaqədardır, qeyri-neft sektoruna qoyulan investisiyalar isə 16,7%, o cümlədən qeyri-neft sənayesində 18,2% artıb”, - məlumatda belə deyilir.

Müəssisələrin  və qurumların əsas vəsaitlərə yönəldilən vəsaitlərinin payı 50,2%, bank kreditlərinin payı 13%, büdcə vəsaitləri 26,8%, əhalinin pul vəsaitləri 7,4%, büdcədənkənar fondlar 1,9%, digər mənbələr – 0,7% təşkil edib.

 

Вся лента