Azərbaycanda əlvan metallar və ferroərintilər zavodu açıldı

15:34 - 16.11.2018


16 noyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun açılışında iştirak edib.

MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov Prezident İlham Əliyevə əvvəlcə yaxın gələcəkdə inşası planlaşdırılan layihənin üçüncü fazası - fasonlu tökmələr zavodunun tikintisi barədə məlumat verdi. Bu zavodda maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək.

Əlvan metallar və ferroərintilər zavodunda isə ildə 25 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsal olunacaq.

 


Вся лента