Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 15% səviyyəsində təsbit etdi

12:51 - 15.11.2017


15 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 15 noyabr 2017-ci il tarixində uçot dərəcəsinin dəyişilməz olaraq saxlanılması barədə qərar qəbul etdi.

AMB-dan verilən məlumata əsasən, uçot dərəcəsinin 15% səviyyəsində, həmçinin, faiz dəhlizinin aşağı (10%) və yuxarı (18%) həddinin dəyişilməz olaraq saxlanılması barədə qərar qəbul edilib.

“Azərbaycanın qeyri-neft iqtisadiyyatının artımında müsbət  dinamika izlənilir və bu dinamikanın formalaşmasında makroiqtisadi sabitləşmə xüsusi rol oynayır. Qiymət sabitliyinin orta və uzunmüddətli amillərinin təhlili, maliyyə-kredit siyasətinin düzəlişlərinin zəruri olmadığını göstərir”, - AMB-nın məlumatında belə deyilmişdir.

 

Вся лента