Gürcüstan hökuməti vətəndaşların 600 milyon dollardan çox bank öhdəliklərini ləğv edir

16:13 - 19.11.2018


19 noyabr, Fineko/abc.az. Gürcüstan hökuməti vətəndaşların banklar və digər maliyyə təşkilatları qarşısında  təxminən 1,5 milyard lari (600 milyon dollardan çox) məbləğində borclarını sıfırlamaq qərarına gəldi.

Baş nazir Mamuka Baxtadzenin sözlərinə görə, ölkənin təxminən 600 min sakini borclardan qurtulacaq. Gürcüstan Milli Statistika Xidmətinə görə, ölkədə 4 milyondan az insan yaşayır.

Baş nazir hökumətin iclasından sonra borcları ləğv etməyi qərara aldı. Baxtadze izah edib ki,  qara siyahıda qeydə alınmış borcların təxminən 95%-i əsas məbləği 2000 laridən (təxminən 750 ABŞ dolları) çox olmayan kreditlərdən ibarətdir. Onun sözlərinə görə, söhbət, banklar, onlayn təşkilatlar və ya müxtəlif maliyyə institutları ilə bağlı 600 mindən çox vətəndaşın maliyyə öhdəlikləri barədə gedir.

 

Вся лента