Azərbaycan neftinin qiyməti azalıb

09:53 - 20.11.2018


20 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 00,91 dollar və yaxud 1,32% azalıb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 67,94 dollar təşkil edir.

Noyabrın 19-da keçirilən  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin yanvar fyuçersinin qiyməti  0,52 dollar (0,92%) artaraq bir barelə 57,20 dollar təşkil etmişdir.  

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçersinin qiyməti  0,03 dollar (0,04%)  artaraq bir barelə 66,79 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bu gün 9,59 dollara bərabərdir.

 

 

Вся лента