Xarici turistlərin Azərbaycana axını 6,1% artıb

10:54 - 21.11.2018


21 noyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Turizm Agentliyi ölkəyə turist axınına dair statistika təqdim etdi.

Agentliyin məlumatına görə, yanvar-oktyabr aylarında ölkəyə 2,415 milyon turist gəlib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 6,1% çoxdur.

“Turistlərin əksəriyyəti və ya 31,3%-i Rusiyadan gəlib. Gürcüstandan  gələnlər 20,4%, Yaxın Şərq ölkələrindən - 13,8%, Türkiyədən - 10,1%, İrandan - 9% təşkil edib. Yaxın Şərq ölkələrindən gələn turistlərin sayı 42%, Asiya ölkələrindən gələnlərin sayı isə 56,7% artıb. İrandan gələnlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 33%, Türkiyədən gələnlərin sayı isə 2,5% azalıb”, - agentlikdən bunu bildiriblər.

Agentliyin verdiyi məlumata görə, oktyabr ayında Azərbaycana 212 min nəfər səfər edib ki, bu da ötən ilin oktyabr ayındakı rəqəmdən 3,5% çoxdur.

 

Вся лента