Dünya Bankı Qafqaz Tranzit Dəhlizinin potensialını gücləndirmək məqsədilə ilkin hesabatları təqdim edir

15.11.2017,16:27


Dünya Bankı bu gün Qafqaz Tranzit Dəhlizi üzrə yük daşımaları üçün tranzit və dəhliz potensialının gücləndirilməsi üzrə tədqiqatın ilkin nəticələrini Azərbaycanda əsas tərəfdaşlarına təqdim etmişdir. Dünya Bankı-Çin birgə qrant fondu vasitəsilə maliyyələşdirilən bu texniki yardım Qafqaz Tranzit Dəhlizi boyunca maneələrin müəyyən olunması, dəhlizin nəticələrinin monitorinqi metodu əsasında nəticələrin qiymətləndirilməsi, habelə dəhlizin rəqabət qabiliyyətinin və logistikasının yaxşılaşdırılması məqsədilə tədbirlərin tövsiyə olunmasında Azərbaycan və Gürcüstanın hökumətlərinə yardım edir.

Qafqaz Tranzit Dəhlizi (QTD) Azərbaycan və Gürcüstanı Avropa, Çin, Qazaxıstan və regiondakı digər tərəfdaşlarla əlaqələndirir. Çin ixracının 16 faizinin Qərbi Avropaya yönəldiyini nəzərə alsaq, sözügedən dəhliz Çin və Qərbi Avropanı əlaqələndirmək üçün ciddi vasitətə çevrilmək potensialına malikdirş O, eyni zamanda Çinin “Bir Kəmər – Bir Yol” təşəbbüsünün vacib komponenti olar bilər. Hazırda bu malların daşınması üçün digər marşrutlara üstünlük verən yük daşıyıcıları QTD xərclər baxımından səmərəli və yüksək keyfiyyətli nəqliyyat, eləcə də loqistika xidmətləri təklif edəcəyi təqdirdə QTD-ə üstünlük verəcək. Fiziki infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələrin yekunlaşmaqda oldunu nəzərə alınarsa, hər iki hökumət hazırda diqqətini qeyri-fiziki manələrin azaldılmasına yönəldir.

“Bu texniki yardım Qafqaz Tranzit Dəhlizinin 21-ci əsrin İpək Yoluna çevrilməsi üçün həyata keçirilməsi tələb olunan addımları müəyyən etməyə yardım edir”, - Dünya Bankının Azərbaycanda nümayəndəsi Navid Naqvi demişdir, - “bu tədqiqat bu mühüm nəqliyyat dəhlzinin səmərəlilik və rəqabətə davamlılığını daha da yaxşılaşdırmaq məqsədilə diqqət tələb edən sahələri sistemli şəkildə aşkar edəcək”.

Ölkələr QTD-nin nəticələrinin təkmilləşdirilməsi məqsədilə müxtəlif, o cümlədən sərhəd keçidinin idarə edilməsi, Xəzər Dənizində bərə əməliyyatları və bərələrin konteyner potensialı, habelə Batumi və Poti limanlarının səmərəliliyi, Bakı Limanı və dəmir yolu arasında mübadilə, hər iki ölkədə loqistika və təchizat zəncirinin idarə edilməsi, tam inkişaf etməmiş yük maşınları ilə daşımaçılıq sektoru kimi məsələlərlə məşğul olmalıdır. Özəl logitsika şirkətləri üçün platformanın yaradılması dəhlizin göstəricilərinin təkmilləşdirilməsinə yardım edəcək və dəhliz boyunca müxtəlif logistika və nəqliyyat növlərinin inteqrasiyası üzrə strategiya bütün istifadəçilər üçün xidmətləri əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

2018-ci ilin dekabr ayında tamamlanacağı gözlənilən analitik fəaliyyət QTD-nin həcm və tələbatının hərtərəfli təhlilinin aparılması, QTD-nin nəticələrinin digər dəhlizlərlə qarşılaşdırılması, dəhlizin səmərəliliyinin artırılması məqsədilə siyasət tədbirləri və investisiyalar da daxil olmaqla strategiya və fəaliyyət planının hazırlanması və ölkələr arasında bilik mübadiləsinin təşkil olunması məqsədilə hökumətlər, özəl sektor və digər maraqlı tərəflərlə əlaqədə işləyəcək.

 

Ключевые слова: Dünya Bankı Qafqaz Tranzit Dəhlizi