Azərbaycan neftinin qiyməti azaldı

09:49 - 22.11.2018


22 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 0,34 dollar və  yaxud 0,52% azalıb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 65,44 dollar təşkil edir.

Keçirilən son  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin yanvar fyuçersinin qiyməti  1,20 dollar (2,25%) qalxaraq bir barelə 54,63 dollar təşkil etmişdir.  

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçersinin qiyməti  0,95 dollar (1,52%) artaraq bir barelə 63,48 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bu gün 8,85 dollara bərabərdir.

 

Вся лента