Azərbaycanda aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forum keçiriləcək

09:40 - 23.11.2018


23 noyabr, Fineko/abc.az. Azərbaycanda ilk dəfə aqrar texnologiyalar və yaşıl enerji üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək.

Forum Energetika Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

“Yaşıl gələcək üçün innovasiyalar” devizi altında Beynəlxalq Forumun 10-11 dekabr 2018-ci il tarixlərində ADA Universitetində keçirilməsi planlaşdırılır.

“AgTech and Green Energy” Forumunun əsas məqsədləri Azərbaycanda enerji  və kənd təsərrüfatı sahələrinin innovativ inkişafına nail olmaq,  bərpa olunan enerji mənbələrindən istifadəni dəstəkləmək, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.

Forumda ayrı-ayrı nazirliklərin, dövlət qurumlarının vəzifəli şəxsləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edəcəklər.

Tədbirdə energetika naziri Pərviz Şahbazovun çıxışı nəzərdə tutulub.

Forumla bağlı daha ətraflı məlumatı www.agtech.az internet səhifəsindən və tədbirin sosial şəbəkələrdəki səhifəsindən  (https://www.facebook.com/AgTech.az/) əldə edə bilərsiniz.

 

Вся лента