Azərbaycan investoru tərəfindən yaradılan Portonovi Resort Montenegro 2019-cu ildə açılacaq

12:29 - 23.11.2018


23 noyabr, Fineko/abc.az. Azərbaycan İnvestisiya Şirkəti “Azmont Investments” Monteneqroda Portonovi kurortu yaradır.

Müşahidə Şurasının sədri  Ahmet Erentok bildirib ki, çoxməqsədli kurort Portonovinin 2019-cu ildə ilk mərhələsinin açılışı olacaq.

“Monteneqro biznes investisiyaları üçün ən əlverişli mühitlərdən birinə malikdir. Dünyanın müxtəlif nöqtələrindən Monteneqroya uçuş həyata keçirən hava yollarının sayının getdikcə artması, eləcə də dünyanın bir çox ölkələri üçün vizasız səyahət siyasəti şübhəsiz ki, digər bir üstünlükdür. Bunlar hamısı bizdə beynəlxalq səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq üçün inam yaradır. Ərsəyə gətirdiyimiz bu zərif istirahət kompleksinin Aralıq dənizi bölgəsindəki ən çox rəğbət qazanan yaşayış və istirahət  məkanlarından birinə və Avropanın bu bölgəsindəki ən eksklüziv daşınmaz əmlak layihəsinə çevrilməsinə inamımız tamdır”, - deyə Ahmet Erentok bildirib. 

2019-cu ildə açılışı olacaq Portonovi kurortunun ilk mərhələsi çərçivəsində Portonovi Village, Marina Residences, parkların və meydanların olduğu gəzinti sahələri, həmçinin tam fəaliyyətdə olacaq D-Marin Portonovi limanı sakinlərin və qonaqların istifadəsinə veriləcək.

 

 


Вся лента