ARDNŞ İstanbuldakı yeni hava limanının ərazisində 9 yanacaqdoldurma stansiyası açacaq

12:56 - 23.11.2018


23 noyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) yeni İstanbul hava limanı ərazisində 9 yanacaqdoldurma stansiyası açacaq.

ARDNŞ-in məlumatında deyilir ki, şirkət tender qalibi oldu.

“Perronda  beş ədəd YDS, karqo daşımaları ərazisində bir YDS, avtoparkın ərazisində iki YDS quraşdırılacaq, daha bir stansiya isə taksi sürücüləri kooperativinə xidmət edəcək. Stansiyalar 31 dekabr 2018-ci il tarixindən fəaliyyət göstərəcəkdir. Hər il ARDNŞ-nin yanacaqdoldurma stansiyalarından  təxminən 10 min avtomobil istifadə edəcək”, - məlumatda belə deyilir.

 

Вся лента