Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşü keçirilib

17:21 - 15.11.2017


Noyabrın 15-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Bosniya və Herseqovina işgüzar görüşü keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı və qida sənayesi, sənaye, maliyyə, İKT, tikinti, tekstil və xidmət sahəsində fəaliyyət göstərən 60-a yaxın iş adamı iştirak edib.

İşgüzar görüşdə çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi, investisiyaların təşviqi sahəsində reallaşdırlan tədbirləri diqqətə çatdırıb, ixraca dəstək mexanizmlərinin ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, xarici şirkətlərin fəaliyyəti üçün ölkəmizdə əlverişli şərait yaradılıb və Bosniya və Herseqovina iş adamları da bu imkanlardan yararlana bilər.

    Bosniya və Herseqovinanın Olovo şəhərinin meri Cemal Memaqiç bosnyalı iş adamlarının Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiyini bildirib, bu gün keçirilən tədbirin yeni işgüzar əlaqələrinin qurulması və mövcud əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

   Sonra AZPROMO-nun əməkdaşı Mahmud Əliyevin Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatı dinlənilib.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

 

Вся лента