Azərbaycanda yeraltı nəqliyyat vasitəsi istifadəçilərinin sayı artıb

16:04 - 23.11.2018


23 noyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda metro istifadəçilərinin sayı artmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabrda 189,4 milyon sərnişin Bakı Metropoliteninin xidmətindən istifadə edib.

“Metro istifadəçilərinin sayı, keçən ilin eyni dövrünə nisbətən 1,1% artıb”, - deyə komitədən bildirilib.

 

Вся лента