Azərbaycan, Tacikistan və Özbəkistan nəqliyyat sahəsində əməkdaşlıq üzrə komissiya yaradır

17:13 - 23.11.2018


23 noyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Türkmənistan hökumətlərarası sazişlərinin imzalanması ilə bağlı şərh edib.

Nazir bildirib ki, Azərbaycan Tacikistan və Özbəkistanla nəqliyyat, tranzit və logistika məsələləri üzrə birgə komissiyaların yaradılması barədə sazişlər imzalamağı planlaşdırır.

“Azərbaycan Prezidentinin Türkmənistana səfəri zamanı 9 sənəd imzalanıb və mühüm sənədlərdən biri Türkmənistan ərazisindən tranzitlə bağlı məsələlərin tənzimlənməsini nəzərdə tutan nəqliyyat, tranzit və logistika üzrə Azərbaycan-Türkmənistan birgə komissiyasının yaradılmasına dair sazişdir”, - Ş.Mustafayev bunu deyib.

 

Вся лента