Neftin qiyməti düşdü

10:14 - 26.11.2018


26 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 3,73 dollar və  yaxud 5,74% düşüb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 61,25 dollar təşkil edir.

23 noyabr tarixində “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  bir barelə 4,21 dollar  (7,71%) dollar düşərək bir barelə 50,42 dollar təşkil etmişdir.  

Cümə günü keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçers qiyməti  3,80 dollar (6,07%) enərək bir barelə 58,80 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bu gün 8,38 dollara bərabərdir.

 

Вся лента