ARDNŞ və Azərbaycan 2017-ci ildə təxminən 132 milyon barel neft satıb

12:33 - 27.11.2018


27 noyabr, Fineko/abc.az. 2017-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan ümumilikdə 131 682 405 barel neft satıb.

Hökumətin hasilat sənayesində təhlükəsizliyin təmin edilməsi üzrə hesabata əsasən, satılan neftin dəyəri 7,112 milyard dollar təşkil edib.

Azərbaycan neftini BP, CHINAOİL, CPC , ENI, Exxon, Galp Energia Espania (Petrogal), Glencore, IndianOil Corporation Ltd. (IOCL), IRVING, KMG, Kuwait Petroleum International (KPI), OMV, ORL, PAZ Oil, Pertamina, PKN ORLEN, ROSNEFT , SARAS, STIR, TATALERG, TOTSA, UNIPEC şirkətləri almışdır.

 

Вся лента