Azərbaycan Respublikasının 2019-cu il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri üzrə proqnozlar artırıldı

15:02 - 27.11.2018


27 noyabr, Fineko/abc.az. Parlament müzakirələrindən sonra Azərbaycan hökuməti 2019-cu il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri üzrə proqnozlarını artırıb.

Azərbaycanın Maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsinin gəlirləri 250,5 milyon manat artaraq 23,168 milyon manat, xərcləri isə 409,9 milyon manat artaraq 25 190 milyon manat təşkil edib.

“2019-cu ilin dövlət büdcəsinin kəsiri 159 milyon manat artaraq 2 022 milyon manat təşkil edib, bu da kəsirin ÜDM-ə nisbəti dəyişməyəcək və 2,5% səviyyəsində qalacaq. Bütün əlavələr əsasən Dövlət Gömrük Komitəsinin daxilolmaları xətti hesabına icra olunacaq”, - nazir deyib.

Müzakirələr nəticəsində, parlament ikinci oxunuşda 2019-cu il üçün dövlət büdcəsi layihəsini qəbul etdi.

 

Вся лента