Azərbaycanda 21 aksiz məntəqəsi quraşdırılıb

16:05 - 28.11.2018


28 noyabr, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyi aksizli malların qeyri-qanuni satışının qarşısını almaq üçün tədbirlər görür.

Nazirliyin məlumatına görə, bu tədbirlərin effektivliyini təmin etmək məqsədilə, ərazi vergi orqanları artıq 21 aksiz məntəqəsini quraşdırıblar.

“Görülən tədbirlər nəticəsində bu növ vergi daxilolmaları cari ilin 10 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 69,8% artıb”, - nazirliyin məlumatında belə deyilir.

 

Alkoqol idxalçıları həyəcan təbili çalır - rəsmi distribütorlar qaçaqmalçılara görə ziyan çəkirlər

 

 

Вся лента