VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir

17:09 - 28.11.2018


28 noyabr, Fineko/abc.az. VTB (Azərbaycan) Bank of Baku ilə tərəfdaşlıq sövdələşməsi imzalayıb. Bundan sonra VTB (Azərbaycan) kart sahibləri tərəfdaş bankın bankomat və POS-terminalları vasitəsilə nağdlaşdırma əməliyyatını əlavə komissiyasız həyata keçirə bilər.

Beləliklə, VTB (Azərbaycan) kart istifadəçiləri NIKOIL Bank, AzərTürk Bank və Bank of Baku kimi yerli bankların 90-dan çox  bankomatlarından yararlana bilər. Bundan başqa, VTB (Azərbaycan) müştərilərinə Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid ATM-dən  pul vəsaitlərini banklararası komissiyasız nağdlaşdırmağa imkanı verir.

“Bankın qarşısında duran əsas məsələlərdən biri ödəniş kartları xidmətlərini daim yaxşılaşdırmaqdır. Tərəfdaş bankların terminalları vasitəsilə bankomat şəbəkəsinin genişləndirilməsi VTB (Azərbaycan) kart sahibləri üçün yalnız paytaxtda deyil, eləcə də bölgələrdə bank xidmətlərindən yararlanma imkanlarını artıracaq”, – deyə bank VTB (Azərbaycan)-ın ödəniş kartları idarəsinin rəisi Gülşən Əfəndiyeva bildirib.

 

Вся лента