“Mastercard” Azərbaycanda elektron ticarətdə dördqat artıma nail oldu

29.11.2018,11:30


29 noyabr, Fineko/abc.az. “Mastercard” “Nağdsız Azərbaycan” layihəsinin həyata keçirilməsinin effektivliyini qeyd edir.

“Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar mətbuat konfransı zamanı bildirib ki, Türkiyənin “Amazon”u ilə əməkdaşlıq nəticəsində elektron ticarətin inkişafına nail olundu.

“Bu əməkdaşlıq nəticəsində Azərbaycan müştəriləri üçün xüsusi endirimlər hazırlanmış və tətbiq edilmişdir ki, bu da Azərbaycan üzrə dövriyyənin dördqat artmasına səbəb olmuşdur”, - deyə E. Çakar bildirib.

Onun sözlərinə görə, “Mastercard” Azərbaycanda nağdsız hesablaşmanın inkişafında maraqlıdır və nağdsız hesablaşmanın həcminə görə Azərbaycanın regionda liderə çevrilməsinə şərait yaratmağı planlaşdırır.

Erdem Çakarın sözlərinə görə, hazırda nağdsız hesablaşmalar ÜDM-in 3,5-4%-ni təşkil edir, Türkiyədə və bəzi Avropa ölkələrində isə bu göstərici 40%-ə çatır.