Azərbaycanda beynəlxalq sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirildi

16:03 - 30.11.2018


30 noyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) dekabrın 9-dan etibarən  beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2018/2019-cu illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək.

ADY-nin məlumatında deyilir ki, bununla bağlı  beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəlinə dəyişikliklər edilib.

“Yeni hərəkət cədvəlində Bakı-Kiyev-Bakı sərnişin qatarının tərkibində əlavə olaraq Bakı-Dnepr-Bakı qoşma plaskart vaqonu hərəkət edəcək”, - məlumatda belə deyilir.

Qatarların yeni hərəkət cədvəlləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin www.ady.az

saytında, Azərbaycan Dəmir Yolları QSC / Azerbaijan Railways CJSC rəsmi facebook eləcə də ady_qsc instaqram səhifələrində yerləşdiriləcək.

 


Вся лента