Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat dəhlizi yaradır

10:57 - 16.11.2017


16 noyabr, Fineko/abc.az. Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə, beş ölkəni birləşdirən “Lyapis-lazur” nəqliyyat dəhlizinin yaradılması haqqında saziş imzaladı.

“TASS” informasiya agentliyinin xəbər verdiyi kimi, sənədin imzalanması Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) çərçivəsində həyata keçirilib. 

Nəzərdə tutulur ki, dəmir yolu xətləri və avtomobil yolları, Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Aşqabadla, sonra Xəzər dənizindəki Türkmənbaşı limanı ilə birləşdirəcək. Daha sonra dəhliz, Xəzərdən Bakıya qədər və Tbilisidən Poti və Batumidə haçalanmaqla, Ankaraya, oradan isə İstanbula qədər davam edəcək.

Layihənin büdcəsi 2 milyard dollar həcmində qiymətləndirilir. Nəqliyyat dəhlizinin yaradılması üzrə məsləhətləşmələr 2012-ci ildə başlanmışdır. Milli dəmir yolu və avtomobil magistralları artıq bu nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsini təşkil edir, buna görə də saziş ilk növbədə tranzit logistikasının və gömrük prosedurlarının sadələşdirilməsinə yönəldilib.

Layihənin əsas məqsədləri - regionun iqtisadi inteqrasiyasının yüksəldilməsi və ticarətin həcmlərinin artırılmasıdır.

Nəqliyyat dəhlizinin adı lazurit mineralı ilə bağlıdır. Qədimdə bu mineral, Mərkəzi Asiyadan Yaxın Şərqə, Avropaya və Şimali Afrikaya əsas ixrac əşyalarından biri olmuşdur.

 

Вся лента