Bakıda neft və qaz hasilatı artıb

17:16 - 30.11.2018


30 noyabr, Fineko/abc.az. Bakıda neft və qaz hasilatı artıb.
Bakı şəhəri Statistika İdarəsinin məlumatına görə, 10 ay ərzində 31,797,4 min ton xam neft, 15,546,3 milyon kubmetr əmtəə qazı hasil edilib.

“Ötən ilin eyni dövrünə nisbətən neft hasilatı 0,2 faiz, qaz isə 3,6 faiz artıb. Yanvar-oktyabr aylarında Bakıda mədən sənayesində istehsalın ümumi dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2% azalaraq 28,9 milyard manat təşkil edib”, - deyə İdarədən məlumat verilib.

Вся лента