Azərbaycan neftinin qiyməti azalıb

09:51 - 3.12.2018


3 dekabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 1,26 dollar və  yaxud 2,02% düşüb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 61,13 dollar təşkil edir.

30 noyabr tarixində “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  bir barelə 0,52 dollar (1%) enərək bir barelə 50,93 dollar təşkil etmişdir.  

Cümə günü keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti  0,05 dollar enərək bir barelə 59,51 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi azalmağa davam edir və bu gün 8,53dollara bərabərdir.

 

Вся лента