ASA: A-Qroup Azərbaycanda ən keyfiyyətli sığorta xidmətləri göstərir

04.12.2018,17:20


4 dekabr, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) noyabr ayında sığorta şirkətlərinin xidmət keyfiyyətinin reytinqini hazırlayıb.

ASA-nın məlumatında deyilir ki, reytinqə əsasən, ən yüksək keyfiyyətli xidmətlər A-Qroup Sığorta şirkəti, ən aşağı keyfiyyətli xidmətlər isə Standard İnsurance şirkəti tərəfindən göstərilir.

“Reytinqdə ikinci yeri Atəşgah Sığorta şirkəti tutub. Sonrakı yerlərdə Qala Həyat Sığorta, Paşa Sığorta və Xalq Sığorta şirkətləri qərarlaşıb. Heç bir ball toplamayan  Amrah Sığorta, Qala Sığorta, Naxçıvan Sığorta, Atəşgah Həyat Sığorta, Paşa Həyat Sığorta, Bakı Sığorta, AzRe Təkrarsığorta, Azərbaycan Sənaye Sığorta, Rəvan Sığorta, İpək Yolu Sığorta, Axa Mbask Sığorta şirkətləri  6-16-cı yerləri tutublar. 17-22-ci yerlər  AzərSığorta, Meqa Sığorta, AzSığorta, Günay Sığorta, AtaSığorta və Standard İnsurance şirkətləri arasında bölüşdürülüb”, - məlumatda belə deyilir.