Noyabr ayında Azərbaycanda pul bazası azalıb

17:41 - 4.12.2018


4 dekabr, Fineko/abc.az. Oktyabr ayı ilə müqayisədə, noyabr ayında Azərbaycanda pul bazası 1,8% azalıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) məlumatına görə, 1 dekabr tarixinə pul bazası 8985,2 milyon manat təşkil edib.

Mərkəzi Bankın məlumatına əsasən, 1 noyabr tarixində pul bazası 9153,3 milyon manat, oktyabrın 1-də 8871,5 milyon manat, sentyabrın 1-də 8318,2 milyon manat, avqustun 1-də 8888,9 milyon manat, 1 iyul tarixinə 8588,0  milyon manat,  1 iyun tarixinə 8404,4 milyon manat, 1 may tarixinə 8413 milyon manat, 1 aprel tarixinə 9471,0 milyon manat, 1 mart tarixinə 9180,6 milyon manat, 1 fevral tarixinə 8761,6 milyon manat və  2018-ci il yanvarın 1-nə isə 8543,2 milyon manat təşkil edib.

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda pul bazası 442 milyon manat və ya 5,2% artıb.

 

Вся лента