Azərbaycan neftinin qiyməti yüksəldi

09:58 - 5.12.2018


5 dekabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 0,63 dollar və  yaxud 1,00% artıb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 63,86 dollar təşkil edir.

4 dekabr tarixində “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  bir barelə 0,30 dollar (0,57%) qalxaraq bir barelə 53,25 dollar təşkil etmişdir.  

Çərşənbə axşamı keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti  0,39 dollar (0,63%) qalxaraq bir barelə 62,08 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi azalmağa davam edir və bu gün 8,83 dollara bərabərdir.

 

Вся лента