İlin əvvəlindən Azərbaycanda 241,5 milyon manat məbləğində ipoteka krediti verilib

11:37 - 5.12.2018


5 dekabr, Fineko/abc.az. Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun agentləri yanvar-oktyabr aylarında 241,5 milyon manat ipoteka krediti veriblər.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına görə, oktyabrda 31,3 milyon manatlıq kreditlər verilib.

“Hesabat dövründə 201,3 manat məbləğində ipoteka kreditləri yenidən maliyyələşdirilib”, - məlumatda belə deyilir.

Bankdan xəbər verilib ki,  sosial ipotekanın maliyyələşdirilməsi üçün fond, hesabat dövründə dövlət büdcəsindən 100 milyon manat almış və  istiqrazların yerləşdirilməsindən 175 milyon manat cəlb etmişdir.

 

Вся лента