Azərbaycan büdcəsi neft qiymətlərinin orta səviyyədən aşağı düşmə risklərindən sığortalanıb

12:37 - 5.12.2018


5 dekabr, Fineko/abc.az. Neft qiymətlərində azalma Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi üçün müəyyən risklər yaradır.

Azərbaycan Maliyyə Naziri Samir Şərifov bildirib ki,  mənfəət vergisindən, xüsusilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) və Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ)  əldə olunan daxilolmalar neftin qiymətindən asılıdır.

“Digər hallarda büdcə faktiki olaraq sığortalanıb”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, neftin qiyməti 60 dollar olduğu halda, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri bu il 2,5 milyard dollar artacaq. Neftin qiyməti, müəyyən edilən səviyyədən aşağı, məsələn, 45 dollar səviyyəsində olarsa, fondun aktivləri ilin sonunda, keçən ilin sonuna nisbətən dəyişməyəcək.

”Biz 45 milyard dollarlıq aktivlərdən danışırıq. Aktivlərin bir qədər artımı ilin sonuna qədər gözlənilir”, - deyə nazir bildirib.

 

Вся лента