Fitch dünya iqtisadiyyatının 2018-2019-cu illər üzrə artım proqnozlarını saxladı

17:50 - 5.12.2018


5 dekabr, Fineko/abc.az. Fitch beynəlxalq reytinq agentliyi hələ də dünya iqtisadiyyatın bu il 3,3% artacağını gözləyir.

Agentliyin dünya iqtisadiyyatın dekabr proqnozuna əsasən, Fitch 2019-cu il üzrə artım proqnozunu sentyabr ayındakı proqnozun 3,1% səviyyəsində saxlayıb. 2020-ci ildə agentlik iqtisadi artım tempini 3% səviyyəsində gözləyir.

“Dünya iqtisadiyyatı sürətlə artmağa davam edir, lakin çatlar dünya artım təsvirində çatlar əmələ gəlməyə  başlayır”, -  Fitch-in baş iqtisadçısı Brayan Kultonun relizində belə deyilir.

O, dünya ticarətində yavaşlama və Avro Bölgəsi iqtisadiyyatının artmasına dair yanılmanı qeyd etdi.

Avro Bölgəsinin ÜDM-də artım proqnozları cari ildə 1,9%-ə, gələn ildə isə 1,7% enib, sentyabr ayının qiymətləri isə, müvafiq olaraq  2% və 1,8% olmuşdur. Agentliyin analitikləri deyirlər ki, Çin iqtisadiyyatı üçün artım proqnozları dəyişməyib, lakin "bir müddət gözlədiyimiz yavaşlama indi özünü göstərir".

Fitchin fikrinə görə, Avropa Mərkəzi Bankı 2020-ci ilə qədər əsas dərəcənin artırılmasından çəkinəcək və ABŞ Federal Ehtiyatlar Sistemi isə  2019-cu ildə dərəcəni üç dəfə artıracaq.

Eyni zamanda, Fitch-in fikrincə, ABŞ-ın ÜDM artımı bu il 3% səviyyəsində qalmaqdadır, gələn il isə artım yavaşlayacaq.

 

Вся лента